AZ

Orban: "ABŞ-nin xarici yardımı Macarıstanda hökumətin devrilməsinə xərclənib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident Donald Trampın təfərrüatını açıqlamaq qərarına gəldiyi ABŞ-nin "xarici yardımı" digər ölkələrdə, o cümlədən Macarıstanda arzu edilməyən hökumətlərin devrilməsinə yönəlib".
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Facebook" sosial şəbəkə hesabında yazıb.
O bildirib: "Tramp son illər ərzində müxtəlif dövlət qurumları tərəfindən kimə və nə qədər pul ayrıldığını açıqlamaq qərarına gəlib. Məlum olub ki, liberal dünya elitası öz maliyyə və ideoloji məqsədlərinə çatmaqdan ötrü ABŞ büdcəsindən və hökumətindən istifadə edib.
Bunun yardım olduğu güman edilirdi, amma əslində bu siyasi təsir vasitəsidir. Onlar bir tərəfdən "Soros" fondlarından, digər tərəfdən isə ABŞ-nin rəsmi dövlət büdcəsindən pul alırdılar. Onlar bu pulu cəmiyyətin məhvinə, miqrasiyanın təbliğinə və ailə institutu ilə mübarizəyə yönəlik tədbirləri maliyyələşdirmək üçün istifadə edirdilər", - deyə o vurğulayıb.
V.Orbanın sözlərinə görə, pullar müxalif KİV və QHT-lərə daxil olurdu: "Bütün bunlar solçuların hakimiyyətini gücləndirdi və onların hamısı bu pulu hökumətləri devirmək məqsədilə alıblar. Yəni müxalif partiyaları gücləndirmək və Macarıstan hökumətini devirmək üçün".
Seçilən
5
1
oxu.az

2Mənbələr