AZ

1308 nəfər saxlanıldı

Banqladeşdə keçmiş baş nazir Şeyx Hasina Vacidin bəyanatları ilə başlayan etirazlarda saxlanılanların sayı 1308 nəfərə çatıb.

News24.az bildirir ki, Hasinanın Hindistanda canlı çıxışından sonra ölkədə baş verən zorakılıqlar davam edir. 

Banqladeş polis rəsmisi İnamul Haque Saqar, "Şeytan ovu" adlı əməliyyatda başda paytaxt Dəkkə olmaqla müxtəlif bölgələrdə ümumilikdə 1308 nəfərin nəzarətə alındığını bildirib.

Eyni zamanda, əməliyyat çərçivəsində Qazipur rayonunda Hasinanın Avami Liqası partiyasının liderləri və partiya tərəfdarlarının da olduğu 83 nəfərin saxlanıldığı açıqlanıb.

Zəhraxanım Şeydayeva

Seçilən
13
1
news24.az

2Mənbələr