AZ

Yuxu dərmanı istifadə edənlərin NƏZƏRİNƏ

Son illərdə yuxu dərmanlarının istifadəsi artıb, amma bu dərmanların sağlamlıq üzərindəki mənfi təsirləri barədə narahatlıqlar da gündəmdədir. Yuxusuzluq problemi ilə üzləşən bir çox insan bu dərmanlara müraciət edərək rahatlıq tapmağa çalışır. Lakin, mütəxəssislər uzunmüddətli istifadənin ciddi ziyanlara yol açdığına diqqət çəkirlər.

Azreform.info Milli.Az-a istinadən xəbər verir ki, yuxu dərmanlarının ən çox istifadə edilən növləri bədənin təbii yuxu ritmini pozaraq insana süni şəkildə yuxu gətirən məhsullardır. Bu dərmanlar xüsusən də benzodiazepinlər və hipnotiklər, bəzən lazımlı olsalar da, istifadəçiləri asılılığa sala və zamanla orqanizmə ziyan verə bilər.

ABŞ-də böyüklərin üçdə biri və yeniyetmələrin 80 faizi yuxu çatışmazlığından əziyyət çəkir. Problemdən çıxış yolu kimi əksəriyyət yuxu həblərindən istifadə edir.

Bəs bu dərmanların orqanizmə mənfi təsirləri varmı?

Siçanlar üzərində aparılan araşdırma zamanı məlum olub ki, həb qəbul edən gəmiricilər daha tez və daha dərin yuxuya gedirlər. Lakin onların beyinlərinin təmizləmə prosesinin zəiflədiyi müəyyənləşib. Tədqiqat göstərib ki, yuxu həblərinin qısamüddətli istifadəsi məqbul sayılsa da, uzunmüddətli təsirləri, beyin fəaliyyətini kütləşdirir. Yuxunun insan sağlamlığı üçün əhəmiyyəti danılmazdır. O immunitet sistemindən tutmuş yaddaş və öyrənmə funksiyalarına qədər müxtəlif proseslərdə mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, yuxu hələ də tam anlaşılmamış, çoxşaxəli bir prosesdir. Onun xatirələri gücləndirmək, beyni təmizləmək, hormon balansını qorumaq və hətta sümüklərin böyüməsi kimi müxtəlif funksiyaları yerinə yetirdiyi düşünülür. 

Son olaraq yuxu dərmanlarının istifadəsi mütləq həkim nəzarətində olmalı, özbaşına istifadə edildikdə isə ciddi sağlamlıq riskləri daşıyır. Yuxusuzluqla mübarizədə doğru yanaşmalar və həkim tövsiyələri çox önəmlidir.

Seçilən
5
5
azreform.info

6Mənbələr