AZ

Məşhur klub Azərbaycandan bu oyunçunu transfer etməkdən vaz keçdi

“Zirə”nin hücumçusu Salifu Sumanın Kiyev “Dinamo”suna transferi reallaşmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, buna səbəb Azərbaycan klubunun qvineyalı futbolçu üçün 1 milyon avrodan çox pul tələb etməsidir. Lakin “Dinamo”, həmçinin LNZ bu məbləğin yüksək olduğu qənaətinə gəlib.

Araşdırma zamanı Sumanın statistik göstəriciləri ürəkaçan olsa da, futbolçunun intizam problemləri olduğu üzə çıxıb. Bu səbəbdən “Dinamo” transferdən imtina edib.

21 yaşlı futbolçu cari mövsüm Azərbaycan çempionatında 19 oyunda 6 qol vurub.

Seçilən
17
sportinfo.az

1Mənbələr