AZ

Alessandro Nesta qovulduğu kluba qayıtdı

İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi vəzifəsinə qayıdıb.

hakimiyyet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.

A.Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.

Qeyd edək ki, "Montsa" hazırda 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Seçilən
13
3
hakimiyyet.az

4Mənbələr