Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Malyorka” doğma meydanda “Osasuna” ilə üz-üzə gəlib. Komandalar yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, İspaniya La Liqasının cari mövsümündə geridə qalmış 23 turdan sonra 50 xalı olan Madrid “Real”ı vahid liderdir. Madridin digər təmsilçisi “Atletiko” 49 xalla ikinci, “Barselona” isə 48 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik”in 44, “Vilyarreal”ın 40, “Rayo Valyekano”nun 35, “Real Sosyedad”, “Jirona”, “Osasuna” və “Malyorka”nın isə 31 xalları var.
İspaniya, La Liqa
23-cü tur
7 fevral
Rayo Valyekano – Valyadolid 1:0
Qol: A.Qarsiya, 71.
8 fevral
Selta – Betis 3:2
Qollar: Beltran, 63. X.Rodriqes, 65. Svedberq, 87 – Antoni, 10. Lyorente, 22.
Atletik – Jirona 3:0
Qollar: Sanset, 42-pen; 45; 79.
Las Palmas – Vilyarreal 1:2
Qollar: Fuster, 84 – Baena, 53. A.Peres, 66.
Real – Atletiko 1:1
Qollar: Mbappe, 50 – X.Alvares, 35-pen.
9 fevral
Alaves – Xetafe 0:1
Qol: Arambarri, 44-pen.
Valensiya – Leqanes 2:0
Qollar: Moskera, 30. Diakabi, 41.
Real Sosyedad – Espanyol 2:1
Qollar: Bekker, 1. B.Mendes, 84 – Puado, 53-pen.
Sevilya – Barselona 1:4
Qollar: Varqas, 8 – Levandovski, 7. F.Lopes, 46. Rafinya, 55. E.Qarsiya, 89.
10 fevral
Malyorka – Osasuna 1:1
Qollar: Muriqi, 81-pen – Boyomo, 90+4.