AZ

6 növ xərçəngin qarşısını alan meyvə - Azərbaycanda yetişir

Pakistan alimləri narın qabığı, yağı, ekstraktı və şirəsinin prostat, sidik kisəsi, döş, dəri, ağciyər və kolon xərçəngi riskini azalda biləcəyini müəyyən ediblər.

Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, narın antiproliferativ, şiş və iltihab əleyhinə təsirində antioksidantlar xüsusi rol oynayır.
 

Bunlara polifenollar, flavonoidlər və taninlər kimi faydalı maddələr daxildir. Onlar iltihabı azaldır, şiş meydana gəlməsinin qarşısını alır və xərçəng hüceyrələrinin böyüməsini ləngidir.


Bundan əlavə, narın müntəzəm istehlakının xərçəng metastazlarının - onun bədənin digər hissələrinə yayılmasının qarşısını ala biləcəyi də görülüb. Nar az miqdarda yağ və kalori ehtiva etməklə yanaşı, lif, mineral və vitaminlərlə də zəngindir.

Onu yemək xərçəngin inkişafı üçün risk faktorlarından biri olan artıq çəki ilə mübarizə aparmağa kömək edir.

Bəzi tədqiqatlar narın tərkibində olan ellagitanninlərin Alzheimer və Parkinson xəstəliyindən qoruya biləcəyini də göstərir. Bununla belə, nar təzyiq üçün dərmanlar da daxil olmaqla, bir sıra dərmanların effektivliyinə təsir göstərə bilər. Buna görə də bu məhsul müxtəlif xəstəliklər üçün köməkçi terapiyanın bir hissəsi kimi ehtiyatla istifadə edilməlidir.

Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr