1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ləğv edilən Naxçıvan Universitetinin rektoru Anar Kazımov fəaliyyətini yenidən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirəcək.
Oxu.Az "Qaynarinfo"ya istinadən məlumat verir ki, Anar Kazımov UNEC-in "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, A.Kazımov 2023-2024-cü illərdə Naxçıvan Universitetinin rektoru olub. Bundan əvvəl UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində işləyib.
Xatıradaq ki, Anar Altay oğlu Kazımovun rektoru olduğu "Naxçıvan Universiteti" MMC ötən ilin avqust ayında ləğv olunduğunu elan edib.