AZ

​Fransa hökumətinə qarşı etimadsızlıq irəli sürüldü

Fransada müxalifət baş nazir Fransua Bayru hökumətinə qarşı etimadsızlıq təklifi irəli sürüb. Metbuat.az xəbər verir ki, təklif ifrat solçu “Əyilməz Fransa” partiyası tərəfindən irəli sürülüb. Parlamentdə müxalifət partiyasının Nazirlər Kabinetinə qarşı təqdim etdiyi etimadsızlıq təklifi müzakirə edilib. Parlamentdə keçirilən səsvermədə 115 deputatın dəstəyini alan təklif lazımi qədər səs toplamadığı üçün rədd edilib. Təklif “Əyilməz Fransa”, “Yaşıllar” partiyası və “Fransa Kommunist” partiyası tərəfindən dəstəklənsə də, ifrat sağçı “Milli Ralli” və “Sosialist” partiyası tərəfindən dəstəklənməyib.

Qeyd edək ki, fikir ayrılığına səbəb tibbi sığorta qanun layihəsinin gəlirləri ilə bağlı olub. Baş nazir Fransua Bayru konstitusiya səlahiyyətindən istifadə edərək qanunu Parlamentdə səsvermə olmadan qəbul edib.

Seçilən
12
metbuat.az

1Mənbələr