2022-ci ilin fevralından 2024-cü ilin dekabrına qədər Norveç ixrac etdiyi qaza görə təxminən 100 milyard dollar əlavə mənfəət əldə edib, ölkənin ixrac gəlirləri 5 dəfə artıb.
APA xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu, Ukraynada münaqişə başlayandan sonra ixrac həcmlərinin və qazın qiymətinin artması ilə bağlıdır.