AZ

Tıxacda dava edib maşına HÜCUM ETDİ

Ankarada bir sürücü yolda tıxac zamanı başqa bir sürücü ilə mübahisə edib.

News24.az bildirir ki, sürücü mübahisə etdiyi şəxsin maşınına beysbol çubuğu ilə vurmağa başlayıb. Vurulan avtomobilin güzgüləri ciddi şəkildə zədələnib. Hadisə anı işıqforda gözləyən başqa bir avtomobilin kamerasına düşüb. 

Hadisədən sonra şəxsiyyəti müəyyən edilən şübhəlinin Etimesgut İlçe Jandarma Komandanlığı qrupları tərəfindən saxlanıldığı və gətirildiyi hakim tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı öyrənilib.

Zəhraxanım Şeydayeva

Seçilən
37
news24.az

1Mənbələr