AZ

Niderland və Rumıniya muzey oğurluğunun araşdırılması üçün qrup yaradıb

Amsterdam ilə Buxarestin məhkəmə və hüquq-mühafizə orqanları Niderland Drente Muzeyindən Rumıniyaya aid olan dörd qiymətli incəsənət əsərinin oğurlanmasının araşdırılması üçün birgə istintaq qrupu yaradıblar.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyata dəstək verən Avropa Ədliyyə Orqanları Əməkdaşlığı Agentliyi (Eurojust) məlumat yayıb.

Yanvarın 25-ə keçən gecə bir neçə şəxs partlayıcı maddədən istifadə edərək Drente Muzeyinə soxulub. Onlar xalis qızıldan hazırlanmış Kotsofeneşti dəbilqəsini və üç qızıl bilərzik oğurlayıblar. Dörd artefakt 5,8 milyon avroya sığortalanıb və əgər onlar tapılmasa, Niderland bu məbləği Buxarestə ödəməli olacaq.

Soyğundan bir neçə gün sonra Niderland polisi üç şübhəli şəxsi saxlayıb. Lakin onlar incəsənət nümunələrinin harada olması barədə məlumat verməkdən imtina edirlər. Dördüncü şübhəli isə hələ də axtarışdadır. Mütəxəssislər artefaktların əridilmiş ola biləcəyini istisna etmirlər.

"Eurojust"dan bildirilib ki, birgə istintaq qrupu Rumıniya və Niderland arasında əməkdaşlığın gücləndirilməsinə, sözügedən iş üzrə əlaqədar orqanlar arasında sürətli məlumat mübadiləsinin təmin olunmasına kömək edəcək.

Seçilən
4
1
far.az

2Mənbələr