AZ

Oğul anasını DÖYDÜ...

Başqırdıstanda oğul qoca anasını vəhşicəsinə dəyənəklə döyüb.

News24.az bildirir ki, bu barədə Respublika Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətindən məlumat verilib. 

İstintaqın məlumatına görə, 2024-cü ilin sentyabrında sərxoş oğul 84 yaşlı anası ilə mübahisə edib. Şifahi mübahisə zamanı o, yaşlı qadının əsasını götürərək bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub və zərərçəkmişi hədələyib.

Hücum edən şəxsə qarşı qəsdən sağlamlığa xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə o, 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.


Seçilən
16
news24.az

1Mənbələr