AZ

Ed Şiran üçün şok: Hindistan polisindən onun küçə konsertinə kobud müdaxilə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünya şöhrətli britaniyalı müğənni və bəstəkar Ed Şiran Hindistana səfəri zamanı qalmaqalın mərkəzində olub. Gözlənilməz hadisə fevralın 10-da Banqalor şəhərində baş verib, polis qəfildən müğənninin küçə çıxışını dayandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" xəbər yayıb.
Bununla bağlı yayılan kadrlardan görünür ki, Şiran gitarada ifa edərək "Shape of You" hitini oxuyarkən polis ona yaxınlaşıb və kobud şəkildə mikrofonu söndürüb.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, improvizə edilmiş konsertin keçirildiyi Çörç-stritin həddindən artıq sıx olması səbəbindən çıxışın təşkilatçılarına icazə verilməyib.
Lakin karyerasına məhz Böyük Britaniyada küçə musiqiçisi kimi başlayan Ed Şiranın özü sonradan sosial şəbəkələrdə Banqalorda çıxış üçün rəsmi icazəsinin olduğunu bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə artıq bu hadisə ilə bağlı memlər də paylaşılır.
Seçilən
56
50
oxu.az

10Mənbələr