AZ

Sonuncu terrorçu öldürülənə qədər... - Nazir gözdağı verdi

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorçulara xəbərdarlıq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, bu barədə ölkənin Şırnak vilayətində çıxışı zamanı deyib.

“Ölkəmizə qarşı terror təhdidi tamamilə aradan qalxana, sonuncu terrorçu öldürülənə qədər mübarizəmiz davam edəcək”, - nazir vurğulayıb.

O, Türkiyənin terrorla mübarizədə ciddi yol qət etdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, 2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

Seçilən
18
publika.az

1Mənbələr