AZ

ABŞ-da son 15 ilin ən ağır qrip mövsümü

ABŞ-da bu ilin qış mövsümü virusları görünməmiş intensivliyə çataraq son 15 ilin ən ağır qrip mövsümü kimi qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bildirib.

Məlumata görə, qripəbənzər əlamətlərlə həkimlərə müraciət edənlərin sayı 2009-2010-cu illərdən başlayaraq bütün göstəriciləri aşıb. Məlumatlar bu il qrip epidemiyasının nə qədər ciddi olduğunu göstərir.

Qrip mövsümünün sərt keçməsinə baxmayaraq, vaksin alanların sayında dəyişiklik olmayıb. Böyüklərin 44 faizi qrip əleyhinə peyvənd olunub ki, bu da keçən ilin qış mövsümündə peyvənd olunanların sayına uyğundur. Ancaq uşaqlar arasında peyvəndləmə səviyyəsi 50 faizdən 45 faizə düşüb.

Yanvar ayının son həftəsi ambulator müəssisələrə müraciət edən pasiyentlərin 7,8 faizi qripəbənzər xəstəliklərdən şikayət edib. Son iki həftə ərzində bu göstərici artaraq yanvarın 25-də 7 faiz, ondan əvvəlki həftə isə 5,8 faiz olub.

Seçilən
1
8
publika.az

10Mənbələr