ABŞ- ın Florida ştatında çimərlikdə günəş vannası qəbul edən turist qadın pikap maşınının başının üstündən keçməsi nəticəsində xəstəxanaya aparılıb.
News24.az bildirir ki, adı açıqlanmayan turistin 71 yaşı var. Qadın sürücü dərhal sağa çimərlik çıxışına tərəf dönüb, lakin çimərlikdə oturan şəxsi görməyib və onu pikapın sağ arxa təkəri ilə vurub.
Polisin dediyinə görə, qurban həyati təhlükəli olmayan kəllə-beyin xəsarətləri ilə çimərlik yaxınlığındakı Tibb Mərkəzinə aparılıb və vəziyyətinin stabil olduğu bildirilib.
Həmçinin, polis sürücünün spirtli içkidən istifadə əlamətinin olmadığını və sərbəst buraxıldığını da qeyd edib.
Zəhraxanım Şeydayeva