Amerikalı milyarder İlon Maskın başçılıq etdiyi bir investor qrupu "ChatGPT" süni intellekt modelinin yaradıcısı "OpenAI"-ni əldə etmək üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürüb.
Marja.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, Maskın vəkili Mark Toberoff, Maskın başçılıq etdiyi investorların OpenAI idarə heyətinə şirkəti satın almaq üçün təxminən 97,4 milyard dollar təklif etdiyini bildirib.
OpenAI-nin direktoru Sam Altman "X" hesabında etdiyi bir paylaşımda iddialara cavab olaraq "Xeyr, sağ olun, amma istəsəniz Twitter-i 9,74 milyard dollara ala bilərik" deyib.