Müəllim məktəbliyə narkotik verib ona təcavüz etdi. ABŞ-da qadın müəllim məktəbli oğlana təcavüz etdiyi üçün 4 il həbs cəzası alıb. AzPost CBS News nəşrinə istinadla xəbər verir ki, hadisə Kolorado ştatının Lakewood şəhərində qeydə alınıb.
28 yaşlı İmagin Kay Ever şagirdin yazdığı ev tapşırığı əsasında ifşa olub. Belə ki, başqa bir müəllim onun ev tapşırığına baxan zaman qeydləri oxuyub və polisə məlumat verib. Araşdırma zamanı bəlli olub ki, 2023-cü ilin avqust ayından müəllim yeniyetməyə intim mesajlar yazmağa başlayıb. Daha sonra müəllim məktəbliyə narkotik verib və onu zorlayıb.
Polis müəyyən edib ki, qadın həmçinin ondan məktəbə silah gətirməsini və başqa bir müəllimi ayağından vurmasını istəyib.
Məhkəmədə törətdiyi cinayəti etiraf edən müəllimə 4 il azadlıqdan məhrumetmə cəzası verilib.