AZ

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə polada tətbiq etdiyi tariflər üzərindəki bütün istisnaları ləğv edib.

Xezerxeber.az-ın məlumatına görə, bu gün onun imzaladığı sərəncama əsasən bütün polad idxalına azı 25 faiz rüsum tətbiq ediləcək. Tramp, həmçinin 2018-ci ildə alüminium idxalına tətbiq edilən 10 faizlik rüsumu 25 faizə qaldırıb. Hər iki rüsum martın 4-dən etibarən qüvvəyə minəcək.

Donald Tramp deyib ki, xaricdə istehsal olunan məhsullara tətbiq edilən rüsumlar son nəticədə yerli istehsalı gücləndirəcək.

Qeyd edək ki, ABŞ-də polad idxalının dörd ən böyük mənbəyi Kanada, Braziliya, Meksika və Cənubi Koreyadır.

Seçilən
1
2
xezerxeber.az

3Mənbələr