AZ

Yeni tədris ilində 30 məktəb istismara veriləcək

Yeni məktəblərin tikilməsi, təhsilin keyfiyyətini yüksəltmək və cəmiyyətdə daha geniş imkanlar yaratmaq üçün müsbət bir addımdır. Belə ki, şagirdlərin daha yaxşı təhsil almasına imkan verir. Həmçinin ən son texnologiyaların və tədris metodlarının tətbiqi məktəbin keyfiyyətini artırmağa kömək edir.

Bəs, görəsən, sentyabrda neçə  ümumi təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur?

 Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq nazirlikdən bildirilib ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə inşa olunan və 2025-ci ildə istismara verilməsi nəzərdə tutulan təhsil müəsssisələrinin sayı 30-a yaxındır.
Seçilən
16
azedu.az

1Mənbələr