AZ

Ermənistan Türkiyə ilə sərhədi açır?

09:01

Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində hazırda heç bir dəyişiklik yoxdur.

Milli.Az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan iki ölkə sərhədində keçid məntəqəsinin yaxın günlərdə açılacağı ilə bağlı xəbəri şərh edərkən bildirib. /APA

----------

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tezliklə açılacaq.

APA xəbər verir ki, bu barədə "News.am" xəbər portalına diplomatik mənbə məlumat verib.

Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-də olacağı gözlənilir.

Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması planlaşdırılır. /APA

Milli.Az

Seçilən
15
3
milli.az

10Mənbələr