Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva diskriminativ yanaşma tətbiq edən beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini yenidən nəzərdən keçirəcək.
Xezerxeber.az xəbər verir ki, Lavrovun çıxışının mətni Rusiya XİN-in rəsmi saytında dərc olunub.
“İştirakçıların bərabərliyi ilə bağlı qanunvericilik prinsipinə əməl olunmayan və razılaşdırılmış konsensus prosedurlarının pozulduğu açıq ayrı-seçkilik yanaşmalarını tətbiq edən təşkilatlar qarşısında öhdəliklərimiz yenidən nəzərdən keçiriləcək”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, bu proses artıq başlayıb.