AZ

Qırğızıstan XİN başçısı tarixdə ilk dəfə Omana rəsmi səfər edəcək

Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubaev fevralın 11-12-də ikitərəfli münasibətlər tarixində ilk dəfə Omana rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

"Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubaev Oman xarici işlər naziri Səid Əlbusaidinin dəvəti ilə 2025-ci il fevralın 11-12-də Oman Sultanlığına ikitərəfli münasibətlər tarixində ilk rəsmi səfər edəcək", - məlumatda qeyd olunub.

Səfər çərçivəsində iki ölkənin XİN başçıları arasında görüş baş tutacaq. Görüşdə siyasi qarşılıqlı fəaliyyət, ticari-iqtisadi və investisiya əlaqələrinin inkişafı daxil olmaqla iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Qırğızıstan və Omanın əməkdaşlığı müzakirə olunacaq.

"Qırğızıstan XİN başçısı qarşılıqlı maraq doğuran sahələrdə fəaliyyətin genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün Omanın rəhbərliyi, həmçinin bir sıra dövlət orqanları və qurumlarının nümayəndələri ilə görüşlər keçirəcək", - mətbuat xidmətindən bildirilib.

Seçilən
6
4
report.az

5Mənbələr