Avropanın məşhur agent şirkətlərindən olan “La Football Consulting” “Qarabağ”ın iki futbolçusu ilə müqavilə bağlayıb.
Julio Romao ilə əməkdaşlıq edən və braziliyalının “Ferentsvaroş”a keçidinin anonsunu verən sözügedən agentlik daha iki nəfərlə əməkdaşlığa start verib.
Bunlar kolumbiyalı müdafiəçi Kevin Medina və Monteneqro millisinin də şərəfini qoruyan Marko Yankoviçdir.
“La Football Consulting”in sosial media səhifələrində əməkdaşlıqla bağlı xəbərlər yerləşdirməsi “Qarabağ” azarkeşlərini çaş-baş salıb.