AZ

Bitcoin 95 min dolları keçdi, 100 min dollara çatacaqmı? - SON QİYMƏT

Bitcoin-in qiyməti son günlərdə dalğalı hərəkət edir. Bir həftə əvvəl 105,000 dollar səviyyəsində olan kriptovalyuta daha sonra eniş yaşayaraq 100,000 dollardan aşağı düşdü.

Qızılın qiymətində daha bir rekord

FED.az xəbər verir ki, hazırda isə Bitcoin yenidən 98,259.47 dollara qədər yüksələrək 100,000 dollar həddinə yaxınlaşır.

Son saat ərzində Bitcoin 0.63% artaraq müsbət dinamika nümayiş etdirib, son 24 saatda isə qiyməti 1.47% yüksəlib. Bununla belə, son bir həftədə BTC-nin dəyəri 1.33% azalıb. Hazırda kriptovalyutanın bazar dəyəri 1.94 trilyon dollar təşkil edir.

Günlük ticarət həcmi 35.5 milyard dollar səviyyəsindədir və dövriyyədə olan BTC miqdarı 19,822,612-dir. İl ərzində Bitcoin-in ümumi dəyəri 5.21% artım göstərib.

Bitcoin-in 100,000 dollarlıq psixoloji sərhədi keçib-keçməyəcəyi investorlar üçün əsas maraq mövzularından biridir. Bazardakı son dalğalanmalar və ticarət həcmi Bitcoin-in yaxın günlərdə hansı istiqamətdə hərəkət edəcəyini müəyyən edəcək.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür

Seçilən
6
fed.az

1Mənbələr