AZ

Pley-off görmədən getdi

Niderlandın “Feyenoord” klubunda baş məşqçi Brian Priske ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Priske ötən ilin yayından komandaya rəhbərlik edirdi.

“Feyenoord” sabah Çempionlar Liqasında pley-off mərhələsində “Milan”la qarşılaşacaq. Komanda yerli çempionatda isə 5-ci sıradadır.

Seçilən
9
futbolpress.az

1Mənbələr