ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib.
Bizim.Media xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada deyib.
O, əks halda Qəzza zolağında atəşkəs rejiminin pozulacağını və HƏMAS-ı cəhənnəm gözlədiyini vurğulayıb.
Xatırladaq ki, HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salıb. Bu qrupun fevralın 15-də evlərinə qayıtması nəzərdə tutulurdu, lakin İsrailin atəşkəs sazişini pozmasını əsas gətirən HƏMAS razılaşmanın növbəti mərhələsini icra etməkdən imtina edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta