AZ

ABŞ Ədliyyə Nazirliyi Nyu-York merinə qarşı korrupsiya işini bağlamağı əmr edib

ABŞ Ədliyyə Nazirliyi prokurorlara Nyu-York meri Erik Adamsa qarşı korrupsiya işinə xitam verməyi əmr edib...

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Ədliyyə Nazirliyi bunu onunla əsaslandırıb ki, məhkəmə prosesi Adamsın ABŞ administrasiyasına immiqrasiya siyasətini həyata keçirməsinə kömək etmək imkanını məhdudlaşdırır.

CBS bildirib ki, Baş prokurorun müavini Emil Bove Nyu Yorkun Cənub Dairəsi prokurorlarına merə qarşı ittihamları ləğv etməyi əmr edən memorandum göndərib. Memerondumda qeyd edilib ki, Nazirlik nə işi açan prokurorların, nə də təqdim etdikləri sübutların dürüstlüyünə və səylərinə heç bir şübhə etmir. Bununla belə, Ədliyyə Nazirliyi bildirib ki, istintaq mer Adamsın bütün diqqətini və resurslarını prezident Baydenin dövründə onun şəhərində baş vermiş qeyri-qanuni immiqrasiya və zorakı cinayətlə mübarizəyə sərf etmək imkanını əsassız olaraq məhdudlaşdırıb.

Emil Bove əlavə edib ki, Erik Adamsa qarşı irəli sürülən ittihamlar noyabrda keçiriləcək Nyu-York meri seçkilərindən sonra Nyu-Yorkun Cənub Bölgəsi tərəfindən nəzərdən keçirilə bilər.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Adams rüşvətxorluq, elektron fırıldaqçılıq və qeyri-qanuni kampaniya ianələri almaq iddiası ilə ittiham olunub. Onun yaşadığı ünvanda axtarışlar aparılıb. Prokurorlar bildiriblıər ki, Nyu-York meri təxminən on il ərzində varlı xarici iş adamlarından “qeyri-qanuni qiymətli müavinətlər” alıb. Oktyabr ayı sorğusuna əsasən, Nyu-Yorkluların 69%-i merin istefasını istəyib.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr