AZ

Qəzada azı 51 nəfər öldü - Bu ölkədə matəm günü elan olundu

Mərkəzi Amerika ölkəsi Qvatemalada sərnişin avtobusunun körpüdən aşması nəticəsində 51 nəfər ölüb.

Ölkə.az xəbər verir ki, bu barədə regional bələdiyyənin yanğınsöndürmə idarəsinin üzvü Xose Santizo məlumat verib. O, 51 nəfərin cəsədinin avtobusdan çıxarıldığını açıqlayıb.

Məlumata görə, avtobusda 75 nəfərin olduğu təxmin edilir. Qvatemala prezidenti Bernardo Arevalo qəza ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Həmidə İbrahimova

Seçilən
4
1
olke.az

2Mənbələr