2024-cü ildə Çində bağlanan nikahların sayı son 45 ilin minimumuna enib. “Ulusum”.az xəbər verir ki, Çin Xalq Respublikasının Mülki İşlər Nazirliyinin məlumatına görə, ötən il cəmi 6,1 milyon nikah bağlanıb ki, bu da 1980-ci ildən bəri ən aşağı göstəricidir. Həmin il 7,2 milyon cütlük ailə qurmuşdu.2023-cü illə müqayisədə nikahların sayı 20,5% azalıb, boşanmaların sayı isə 1,1% artaraq 2,82 milyona çatıb. Müstəqil demoqraf He Yafu nikahların azalmasının doğum səviyyəsinin düşməsinə səbəb olacağını bildirib, çünki demək olar ki, bütün uşaqlar evli cütlüklərdən dünyaya gəlir.Bununla belə, 2024-cü ildə son yeddi ildə ilk dəfə kiçik bir doğum artımı qeydə alınıb — yeni doğulan körpələrin sayı 9,02 milyondan 9,54 milyona yüksəlib. Bəzi ekspertlər bunu Çin təqviminə görə Əjdaha İli ilə əlaqələndirirlər. Əjdaha İli uğurlu sayıldığı üçün bəzi cütlüklər övladlarını 2024-cü ildə dünyaya gətirmək üçün ailə planlamasını təxirə salıblar.Səidə
Diqqət Çəkənlər
Nazir: İran təhdidlər altında danışıqlarda iştirak etmir
Ərdoğan Azərbaycanla əhəmiyyətli sazişi təsdiqlədi
Pensiyalar artımla nə vaxtdan veriləcək?