AZ

Miroşnik: Ukraynada qanunsuz orqan ticarətinin sübutları artır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin sözlərinə görə, Rusiya ordusunun Ukraynada irəliləməsi fonunda Kiyev nəzarətində olan ərazilərdə qanunsuz orqan ticarətinə dair sübutların sayı artır. Bu barədə RIA Novosti məlumat yayıb.

Miroşnik bildirib ki, Ukrayna xəstəxanalarında xüsusi bölmələr tərəfindən qorunan qapalı transplantasiya mərkəzləri yaradılıb. Onun sözlərinə görə, bu yerlərdə rus və ukrayna dillərində danışmayan şəxslər fəaliyyət göstərir.

Diplomat əlavə edib ki, beynəlxalq cinayətkar qruplar bu işlə məşğuldur və Ukrayna qanunvericiliyi onların cəzasız qalmasına şərait yaradır. Daha əvvəl hərbi analitik Andrey Maroçko Ukraynada orqan ticarətinin son illərdə gəlirli biznesə çevrildiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr