AZ

Ermənistanın müdafiə naziri Hindistanın Baş Qərargah rəisi ilə görüşüb

Ermənistanın müdafiə naziri Suren Papikyan “Aero India” sərgisi çərçivəsində keçirilən müdafiə nazirlərinin iclasında iştirak edib. 

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Papikyan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi Anil Çauhan ilə qısa söhbət edib.

Qeyd edək ki, Papikyan Hindistanda səfərdədir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr