AZ

Şahmat üzrə ölkə çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Ş.Məmmədyarov ilk qarşılaşmada qalib gəlib - 1:0. T.Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.

Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. G.Məmmədova ötən gün qələbə qazanıb - 1:0. Digər dueldə qalib müəyyənləşməyib.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Azərbaycan çempionatında 1/4 finalın cavab görüşləri keçiriləcək

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub

Namiq Quliyev: "Teymura qarşı oyuna final matçı kimi baxırdım"

Məmmədyarova: "Rəqibim çox güclüdür, mən isə..."

Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub

Seçilən
4
9
apasport.az

10Mənbələr