AZ

Məktəbdə keçmiş əri tərəfindən bıçaqlanan qadının vəziyyəti məlum oldu

Bakı. Trend:

Ötən gün Bakıda 270 saylı məktəbdə keçmiş əri tərəfindənbıçaqlanan qadının vəziyyəti stabil qiymətləndirilir.

Bunu Trend-insorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzində İctimaiyyətləəlaqələr üzrə məsul şəxs Səkinə Yusibli bildirib.

"10.02.2025-ci il tarixində saat 16:00 radələrində 1974-cü iltəvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinəhospitalizasiya olunub.

Boynun arxa hissəsinin kəsilmiş açıq yarası diaqnozu ilə onazəruri tibbi yardımlar göstərilib.

Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davametdirilir, vəziyyəti stabil qiymətləndirilir", - o bildirib.

Xatırladaq ki, ötən gün Bakıda kişi bir il əvvəl boşandığıqadını bıçaqlayıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbəsakini Ə.Atakişiyev 270 saylı məktəbdə texniki işçi kimi çalışanG.Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib.

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsininəməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsindəhadisəni törətməkdə şübhəli bilinən Ə.Atakişiyev saxlanılıb.

Seçilən
11
az.trend.az

1Mənbələr