AZ

Rusiyada zavodda partlayış baş verdi

Rusiyanın Novosibirsk şəhərində qazlı içki istehsalı zavodunda partlayış baş verib.

 

Sfera.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayət FHN-i məlumat yayıb.

 

Nəticədə təxminən 150 kvadratmetr sahədə dam örtüyünün bir hissəsi və təxminən 70 kvadratmetr sahədə divarın bir hissəsi uçub.

 

Bildirilib ki, partlayış barədə məlumat yerli vaxtla saat 23:57-də daxil olub. Regional prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Qurum dəqiqləşdirib ki, hadisə zamanı zavod binasını icarəyə götürən təşkilatın 30 yaşlı əməkdaşı xəsarət alıb.

Seçilən
9
6
sfera.az

7Mənbələr