Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ISO 10002:2018 “Keyfiyyətin idarə edilməsi, müştəri məmnuniyyəti, təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.
Bu yenilik qurumda sahibkarların şikayətlərinə baxılması prosesinin keyfiyyətinin yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artmasına xidmət edəcək. Bu beynəlxalq standart şikayətlərin quruma daxil olması, onların nəzərə alınması, həlli və cavablandırılması prosesini qiymətləndirir, şikayətlərə baxılması işinin daha effektiv həyata keçirilməsi üzrə tələbləri müəyyən edir.
Qeyd edək ki, 2024-cü ilin sonlarında başlayan sertifikatlaşma prosesi çərçivəsində agentliyin müvafiq sahədə prosedurları və iş təcrübəsi daha da təkmilləşdirilərək beynəlxalq standartın tələblərinə uyğyunlaşdırılıb. Bununla yanaşı, agentliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları təlimlərə cəlb olunub.