Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 min 400 kiloqram ərzaqlıq kartof məhsulu partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən “Kartof gövdə nematode” müəyyən olunub.
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.