AZ

Azərbaycan Ordusunun şəxsi heyəti üçün dərmanları bu şirkət göndərəcək

Azərbaycan Müdafiə Nazirliyi "Azərbaycan Ordusunun şəxsi heyətinin 2025-ci ildə tibbi təminatı üçün dərman preparatlarının, məsrəf tibbi ləvazimatların, laboratoriya reaktivlərinin və kardiocərrahiyyə üçün məsrəflərin satın alınması" üzrə tenderi yekunlaşdırıb.

Marja.az xəbər verir ki, qalib şirkət "Azəri Med" QSC-dir. Şirkəti tenderdə qalib edən təklif məbləği 3 milyon 714 min 482 manatdır. 

Ehtimal olunan qiymət 5 milyon 841 min 620 manat idi. 

 

 

azərimed tender dərman
Seçilən
7
marja.az

1Mənbələr