AZ

Diniyevin transferi rəsmiləşdi

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin “Çorum”a keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bu barədə “Çorum”un mətbuat xidməri məlumat yayıb.

1-ci liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçini “Bandırmaspor”dan transfer etdiyini açıqlayıb. Coşqunla 1,5 illik müqavilə imzalanıb.

“Çorum” hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Superliqaya vəsiqə uğrunda yarışır.

Qeyd edək ki, C.Diniyev bu mövsüm Türkiyə 1-ci liqasında 20 oyunda meydana çıxıb, 2 qolun ötürməsini edib.

Seçilən
8
3
ikisahil.az

4Mənbələr