AZ

“Onun öz xanımı ilə kifayət qədər problemləri var”

ABŞ Prezidenti Donald Tramp Sasseks hersoqu Şahzadə Harrinin 2024-cü ildə ölkəsindən deportasiya oluna biləcəyini nəzərdə tutan açıqlamaları ilə bağlı “The New York Post”a danışıb.

 Oxu24.com sözügedən nəşrə istinadən xəbər verir ki, Tramp Harrini deportasiya etməkdə heç bir marağı olmadığını bildirib.

“Bunu etmək istəmirəm. Onun həyat yoldaşı Meqan Markl ilə kifayət qədər problemləri var. Meqan qorxunc insandır. Məncə, yazıq Harri idarə olunur“, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirmişdi.

 



Seçilən
0
2
oxu24.com

4Mənbələr