AZ

Zaporojye sakinlərin Rusiyada qalmaq istəyindən danışıb - ÖZƏL

Zaporojyenin bir çox sakinləri rus ordusu yaxınlaşarsa, şəhəri tərk etmək fikrində deyillər. 

Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə yerli sakin Konstantin məlumat verib.

"Əvvəllər, məsələn, cəbhə Zaporojyeyə yaxınlaşarsa, oranı tərk etməyi planlaşdıran bəzi sakinlər indi "qalacağıq" dedilər" - o, deyib.

Onun sözlərinə görə, hətta Ukrayna Silahlı Qüvvələrində xidmət edənlər də şəhəri tərk etməyi planlaşdırmır və döyüşlərdə Ukrayna qoşunlarına dəstək vermirlər. 

"Bəziləri deyir ki, mən orduda xidmət etsəm də, heç kimi öldürməmişəm. Bir çox insan Rusiyada qalmağa qərar verib", - agentliyin mənbəsi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr