AZ

"Qarabağ" bu gün "Səbail"i qəbul edəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.

 

Sfera.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

 

Hazırda Ağdam təmsilçisi 50 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 16 xalla sonuncu - 10-cu pillədə yer alıb.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "Turan Tovuz"u, "Neftçi" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "Kəpəz" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.

Seçilən
2
50
sfera.az

10Mənbələr