AZ

"Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib

\"Qarabağ\" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda \"Səbail\"i böyük hesabla məğlub edib.

AZXEBER.COM-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.

Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.

\"Köhlən atlar\" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında \"Şamaxı\" evdə \"Sumqayıt\"ı (1:0), \"Sabah\" isə \"Turan Tovuz\"u (2:1) məğlub edib. \"Neftçi\" səfərdə \"Zirə\"dən üstün olubsa (2:1), \"Araz-Naxçıvan\" - \"Kəpəz\" görüşündə hesab açılmayıb.
Seçilən
13
17
azxeber.com

10Mənbələr