AZ

Azərbaycan İrandan gətirilən 47 ton kartofu məhv etdi

Nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.

Bu barədə AQTA məlumat yayıb.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

 

Corn.İs kartof iran
Seçilən
8
9
marja.az

10Mənbələr