AZ

Zelenski ilə Kliçko arasında münaqişə böyüyür: Səbəblər bəllidir

Kiyev meri Vitali Kliçko ilə Ukrayna prezidentinin administrasiyası arasında qarşıdurma yeni mərhələyə keçib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, qarşıdurmanın güclənməsinə iki amil təsir edib. Birincisi, Zelenskinin Kiyev Hərbi Dövlət Administrasiyasına Timur Tkaçenkonu rəhbər təyin etməsidir. Yeni rəis dərhal merlə münaqişəyə girib.

İkincisi, “Kiyev tikinti və torpaq bazarının əsas oyunçularından biri” olan Denis Komarnitskiyə qarşı cinayət işidir.

Media mənbələrinə görə, Komarnitski Kliçkonun komandasına yaxın və “meriyanın kölgə maliyyəsinə daxil olmaq üçün açar” hesab olunur.

“Eyni zamanda, mer Kliçkonun yaxın çevrəsinin nümayəndələrinə qarşı ən azı daha yeddi ittihama hazırda baxılır”, - nəşr qeyd edib.

Seçilən
23
1
publika.az

2Mənbələr