AZ

Günəş Yerə maqnit qasırğası göndərir

Günəşdəki ən böyük dəlik səbəbindən Yerdə maqnit qasırğalarının olacağı gözlənilir. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası xəbər yayıb.

Məlumatda bildirilir ki, keçən ayın ortalarından başlayaraq, Günəşdəki ən böyük tac dəliklərdən biri onun oxu ətrafında tam fırlanaraq, Yerə tərəf qayıdır. Bu hal Yerdə qasırğalara gətirib çıxara bilər. Lakin bu hadisə Günəşdə partlayışlardan sonra yaranan qasırğalar kimi güclü deyil.

Qeyd edək ki, bir gün əvvəl astrofiziklər bu gün maqnit qasırğasının olacağını xəbər vermişdilər. Onların proqnozlarına görə, bu, təxminən, 6 saat davam edəcək.

S.FİDAN
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr