AZ

ABŞ humanitar yardımı "Hizbullah" anbarında tapılıb – ÖZƏL

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar yardımı Livanda yerləşən "Hizbullah" silah anbarında aşkar edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə The New York Post qəzeti İsrail Müdafiə Qüvvələrinin istefada olan hərbçisi Aşer Fredmana istinadən məlumat yayıb.

Fredmanın sözlərinə görə, o, "Hizbullah"ın əsas dayaq məntəqələrindən birinin yerləşdiyi Livan kəndində patrul xidməti apararkən silah anbarını aşkarlayıb. Orada snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələrlə yanaşı, USAID loqosu olan humanitar yardım qutuları da olub.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya Moskvanın USAID-in dünyada radikal qruplaşmaları maliyyələşdirdiyi barədə bəyanatlarının doğruluğunu sübut etdiyini bildirmişdi.

Fevralın 3-də USAID-in fəaliyyəti faktiki olaraq dayandırılıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə dövlət katibi Marko Rubio agentliyin müvəqqəti rəhbəri təyin edilib. Tramp daha əvvəl USAID-in fəaliyyətini korrupsiyalaşmış və fırıldaqçılıqla dolu adlandırmışdı. Onun təklifi ilə ABŞ hökumətinin səmərəliliyini artırmaq, şişirdilmiş dövlət strukturunu azaltmaq və bürokratiyaya qarşı mübarizə aparmaq üçün yeni bir agentlik yaradılıb və bu qurumun rəhbərliyinə iş adamı İlon Mask gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr