AZ

Millimiz Latviyada 2-ci olub

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil olunub. Olimpiya sistemi ilə keçirilən turnirdə Azərbaycan komandası uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.

L.QURBANOVA
XQ

Seçilən
16
8
xalqqazeti.az

10Mənbələr