AZ

Gəncədə dayının bıçaqladığı bacısı oğlunun VƏZİYYƏTİ necədir?

Xəbər verildiyi kimi Gəncədə dayı bacısı oğlunu bıçaqlayıb.

Gülüstan qəsəbəsi AKTA-6 adlanan yataqxanada dayısı tərəfindən bıçaqlanan Kəlbəcər rayon sakini, 38 yaşlı Ruslan Novruzlunun vəziyyəti açıqlanıb.

Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanadan verilən məlumata görə 10.02.2025-ci il tarixində saat 23:30 radələrində 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumat üçün bildirək ki, Ruslan Novruzlunu onun dayısı 56 yaşlı Knyaz Məmmədov içkili halda mübahisə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
6
bizim.media

1Mənbələr